15 İyun 2020 12:09
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsi iki qadını axtarışa verib.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Əliyeva Şahnaz Sərxan qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham elan edilib.

İstintaqdan yayındığı üçün onun barəsində 2020-ci ildə axtarış elan edilib.

Bundan başqa, Xızı rayon sakini, 1980-cı il təvəllüdlü Şikarova Aynura Zöhrab qızının da barəsində bu il axtarış elan edilib.

Aynura Şikarovanın barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Onların tapılması üçün müvafiq qurumlar məlumatlandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər