16 İyun 2020 21:54
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bir ailənin 4 üzvü bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, bıçaqlanma nəticəsində şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı ölüb. Onun gəlini, 36 yaşlı Günay Quliyeva, G. Quliyevanın 18 yaşlı qızı Sevinc və oğlu 14 yaşlı Mahir xəsarət alıb.

Onları O. Quliyevanın qaynı, 1950-ci il təvəllüdlü Mahir Quliyev bıçaqlayıb. Səbəb isə Günay Quliyevanın əri Elnurdan boşanıb barışmamasıdır.

Yaralılar hadisə yerinə cəlb olunan Gəncə şəhər BPİ Post Patrul Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırıldıqları üçün onların həyatını xilas etmək mümkün olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər