Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili və “Hundai” markalı mikroavtobus toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilinin sərnişini Teymur Abdullayev aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə T.Abdullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
İlhamə