Balakən rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kəndində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 135 kiloqram 415 qram olan 67 ədəd çətənə kolu, 9 kiloqram 795 qram marixuana aşkar edilərək götürülüb.
Hacı Zeynalov