8 Oktyabr 2014 14:49
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Xalid Şükürov münaqişə zəminində həmyerlisi Cavanşir Süleymanovu bıçaqlayıb. Cavanşir Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalid Şükürov tutulub.

Hacı Zeynalov


Müəllif: