5 İyul 2020 09:52
4 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 kiloqram 250 qram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov