9 Oktyabr 2014 12:20
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon sakini evini və avtomobilini yandırıb.

İsmayıllı rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Aqil Bəşirov özünə məxsus “Moskiviç” markalı minik avtomobilinin üstünə benzin tökərək yandırıb. Yanğın nəticəsində alov yaşayış evinə keçib. Hadisə zamanı avtomobil və ümumi sahəsi 50 kvadratmetr olan ev yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı və Göyçay Yanğından Mühafizə Hissələrinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib. Aqil Bəşirov yanğınsöndürənlərin işinə mane olaraq, yanğının söndürülməsinə mane olub.

Aqil Bəşirov hadisəni əsəbiləşdiyi üçün törətdiyi bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər