Güney azərbaycanlı milli fəal Babək Hüseyni Müqəddəm 6 ay həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, milli fəalın işinə İran İnqilab Məhkəməsində baxılıb.
Milli fəal barəsində irəli sürülən ittihamları qəbul etmir.
Hüseyni Müqəddəm 2019-cu ilin noyabr ayında İranda benzinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı. O, 3 ay nəzarətdə saxlanıldıqdan sonra - fevralın 25-də müvəqqəti azadlığa buraxılmışdı.
Hüseyni Müqəddəm daha öncə də, 2008 və 2016-cı illərdə İranın təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq, “siyasi sistemə qarşı təbliğat aparmaq”da ittiham olunaraq 6 ay azadlıqdan məhrum edilmişdi.