1 Avqust 2020 11:00
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda qətl törətməkdə təqsirli bilinən Əhməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 11-nə təyin olunub.

İttihama görə, hadisə Qazax rayonun Səməd Vurğun küçəsində yerləşən stadionun yaxınlığında qeydə alınıb. Rayon sakini, 26 yaşlı Əhməd Əhmədov 34 yaşlı həmyerlisi Zaur Hüseynovun ürəyindən bıçaqlayaraq onu qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən Əhməd Əhmədov könüllü polisə təslim olub.

Hadisəyə Əhməd Əhmədovun Zaur Hüseynovun tanışı ilə münaqişəsi səbəb olub. Zaur onları barışdırmaq üçün bir yerə çağırıb. Bu zaman tərəflər arasında mübahisə daha da böyüyüb və Əhməd Əhmədov Zaur Hüseynovu öldürüb.

İstintaq orqanı tərəfindən Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov