3 Avqust 2020 16:08
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Muxtarov həbs edilib.

Ondan 450 qram marixuana götürülüb.

Bundan başqa, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində A.Aslanovun Qədimqala kəndində yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Qurbanovun yaşadığı evə baxış zamanı “Belka” markalı yivli tüfəng aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov