18 Avqust 2020 17:19
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatıb.

Gəncə şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, 1 may 2020-ci il tarixdə Gəncə şəhəri ərazisində şəhər sakini Tural Əliyevə bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı Elgün Nəsibovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Tural Əliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər