Azərbaycanlı “qanuni oğru”, kriminal aləmin lideri hesab olunan “Lotu Quli ləqəbli Nadir Səlifov güllələnərək öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Antalyada baş verib.
Bidirilir ki, N.Səlifov şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalıb.
İlkin məlumata görə, Xan Əhmədlinski də yaralanıb, lakin o, hadisə yerindən qaçmağa müvəffəq olub.
Qeyd edilib ki, 2018-ci ildə Türkiyədən deportasiya edilən Nadir Səlifov sonra qeyri-qanuni yollara Türkiyəyə qayıdıb.