30 Avqust 2020 14:43
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevdiyi qızı öldürməyə cəhd etməkdə təqsirli bilinən Afiq Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin fevralın 11-də, gecə saat 23.30-da Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib.

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Aytac Ağayevaya yeddi bıçaq zərbəsi vurub.

Aytac Ağayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, Afiq Hüseynov tanışı olan Aytac Ağayevaya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib.

Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub. Yaralıya xəstəxanada tibbi yardım göstərilib.

İstintaq orqanı tərəfindən Afiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər