Bərdə rayonunda mağazadan oğurluq edən azyaşlılar həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bərdə rayon sakini Tural Ağarzayevə məxsus mağazadan 6 ədəd noutbuk, 6 ədəd planşet və 1 ədəd yaddaş qurğusu oğurlanıb. Mağaza sahibi oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib.
Bərdə və Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax şəhər sakinləri, 15 yaşlı Taleh Həsənzadə və 16 yaşlı Zamin Zərnəliyev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov