Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Zülfiyyə Məsimova bıçaq xəsarəti alıb. O, qarın və kürək nahiyəsindən bıçaq xəsarətləri alıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.