Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsinin29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.
Oxşar əməliyyatı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları da keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov həbs edilib.
Hacı Zeynalov