Bakının Yasamal rayonunda piyadanın yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun N.Nərimanov küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Roman Məhərrəmov vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Hadisə nəticəsində xəsarət alan Roman Məhərrəmov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstəırilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən sürücünün müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov