Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .
Məlumata görə, Masazır qəsəbə sakini Aqşin Paşşanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Balaəhməd İslamovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi Şəmkir rayonu ərazisində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Həşim Məsimov vurulub. O, hadisə yerində ölüb.
Hacı Zeynalov