17 Oktyabr 2014 02:31
3 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asılılığın bir çox növləri kimi, seks aslılığı da mövcuddur. Bəs bu aslılıq kimlərdə rast gəlinir? Əlamətləri nədir? Çarəsi varmı?

Teleqraf.com-un məlumatına görə, seks aslılığı heroin və kokain aslılığından fərqli olaraq hərtərəfli tam bir aslılıq kimi qəbul edilir. Digər aslılıqlarda olduğu kimi seks aslılığı zamanı da insan böyük bir istək və qarşı çıxa bilməmək çarəsizliyi yaşayır. Buna görə zaman-zaman həyatlarına zərər verə bilirlər.

Seks aslılığı yaşayırsızsa, doyum nöqtəsinə çatmaq üçün çox sıx cinsi yaxınlığa ehtiyacınız olacaq. Bitib tükənmək bilməyən bu cinsi istək həyatınıza mənfi yöndən təsir edəcək.

Seks aslılığının əlamətləri nələrdir?

Pornoqrafiyaya artan maraq,

Eyni dövrdə bir çox insanla cinsi yaxınlıq arzusu,

Cinsi aktivlikdən utanmaq və dayanmaq istəyi,

Başqa problemləri həll etmək üçün seksdən istifadə etmək,

Seksə görə mühüm iclas, hadisələri ötürmək.

Seks aslılığının çarəsi nədir?

Seks aslılığını psixoterapiya, dərman yolu və qrup dəstəyi ilə müalicə etmək olar. Bunun üçün xəstə cinsi istəyini nəzarətdə tutmağı bacarmalı və iradəli olmalıdır.

Dərman müalicəsi zamanı antidepressantlar, ruh halını nizamlayan dərmanlar, naltrekson (əsasən spirtli içki, narkotik maddə aslılığı zamanı istifadə olunur. Bundan istifadə edən xəstə cinsi düşüncə və davranışlardan əvvəlki qədər zövq almır), antiandrogen (seks hormonlarının kişilər üzərindəki təsirini azaldır və cinsi istəyi aşağı səviyyəyə salır) dərmanlardan istifadə olunur.


Müəllif:

Oxşar xəbərlər