19 Oktyabr 2014 09:27
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın şərqində yeraltı təkanlar qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, gecə saatlarında Cənubi Kuril adalarında maqnitudası 5,0 bal olan zəlzələ meydana gəlib. Rusiya Elmlər akademiyası Geofizika xidmətindən zəlzələnin mərkəzi Şikotan adasının yaxınlığında 60 km dərinlikdə olduğu bildirilir.

Başqa bir zəlzələ isə Kamçatka yarımadasında baş verib. Burada yeraltı təkanın gücü isə 4,7 bal, ocağı 86 km dərinlikdə qeydə alınıb.

Baş verən hər iki zəlzələdə dağıntı və fəlakətin olması barədə heç bir məlumat yoxdur.


Müəllif: