Bakıda on altı yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1995-ci il təvəllüdlü Əmrah Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Əmrah Kərimov Qaradağ rayonu, Ələt qəsəbəsində yaşadığı ünvanda 2005-ci il təvəllüdlü Lalə Bağırova ilə təbii yolla cinsi əlaqədə olub.
Daha sonra o, müxtəlif vaxtlarda Lalə Bağırova ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Əmrah Kərimovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmrah Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Ələt qəsəbəsində yaşayır, Azərbaycan Dəmir Yolları QSC-nin İnfrasturktur Departamentinin 3 nömrəli Ələt yol sahəsinin keçid növbətçisi vəzifəsində işləyir:
“Başqa bir cinayət törətməmişəm, əvvəllər məhkum olunmamışam. 2019-cu ilin may ayının əvvəlində valideynlərim Salyan rayonu Xalac kənd sakini Laləyə elçi getdilər, 2005-ci il təvəllüdlü Lalənin hərisini aldılar. Növbəti iyun ayında isə Laləyə nişan apardıq. Həmin vaxtdan sonra bir neçə dəfə valideynlərim Laləni bizə qonaq gətirdi, 1-2 gün qonaq saxladıq, sonra öz evlərinə apardılar”.
Əmrah Kərimovun ifadəsinə görə, 2019-cu ilin oktyabr ayında onlar xalası oğlunun Göyçay rayonuna qohum toyuna gediblər: “Laləni də özümüzlə toya apardıq. Nişanlandıqdan sonra Lalə dəfələrlə mənə zəng edib, gəlib onu aparmağımı istəyib. Lalə deyirdi ki, artıq öz evlərində valideynləri ilə birlikdə yaşaya bilmir, əllərindən cana doyub.
2020-ci ilin martında Lalə mənə zəng etdi, onu evimizə aparmağımı istədi. Novruz bayramının axır çərşənbə günü Lalənin yaşadığı Salyan rayonu Parça Xalac kəndinə gəldim. Küçə qapısına çatdıqda Laləyə zəng etdim, onlara çatdığımı xəbər etdim. Bir azdan Lalə küçəyə çıxdı, biz gəldiyim taksi avtomobilə əyləşdim və Ələt qəsəbəsinə gəldik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün Lalə onların evində qonaq qalıb: “Mənim valideynlərim Lalənin valideynləri ilə telefonda danışdı, bayram münasibətilə qızlarını qonaq gətirdiklərini dedilər. Ertəsi gün Laləni öz evlərinə aparmaq istədik. Lalə evlərinə qayıtmaq istəmədiyini dedi. Valideynlərim Lalənin valideynləri ilə telefonda danışdı, qızlarının evə qayıtmaq istəmədiyini, bizim evimizdə qalmaq istədiyini dedilər. Lalənin valideynləri buna etiraz etmədilər və hətta bizə xeyir-dua da verdilər. Bu səbəbdən həmin gündən etibarən Lalə bizdə bacımla bir otaqda qalmağa başladı”.
Əmrah Kərimov qeyd edib ki, gecə saatlarında evlərində öz otağında televizor qarşısında yatağında uzanıb və yatmağa hazırlaşıb: “Həmin gecə atam Əvəz işdə olub, anam Mənsurə və bacım Aynur isə otaqlarında yatıblar. Lalə mənim otağıma gəldi, birlikdə bir qədər televizora baxdıqdan sonra öz istəyimizlə razılığa gələrək təbii yolla cinsi əlaqədə olduq. Həmin gecə Lalənin bakirəliyini pozdum. Ertəsi gün bu barədə valideynlərimə dedim. Sonra Lalə ilə ər-arvad kimi yaşamağa başladıq.
Birgə yaşadığımız 3 ay ərzində bir neçə dəfə Lalənin öz istəyi və razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldum. Lakin bir müddət sonra Lalə öz evləri üçün darıxmağa, mənimlə və valideylərim ilə mübahisələr etməyə başladı. Ona görə də atam və bacım Laləni apararaq öz valideynlərinə təhvil verdilər”.
Təqsirləndirlən şəxsin ifadəsinə görə, Lalə ilə hazırda ər-arvad kimi münasibətdədilər və gələcəkdə toy mərasimi edib, yaşamaq fikirindədilər.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əmrah Kərimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 1 il sınaq müddəti olmaqla 11 ay 28 gün müddətinə şərti cəza təyin olunub.