Şəkidə əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Lətafət Cəfərovaya cinayət işi açılıb.
Teleqraf.com-un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.
Lətafət Cəfərovanın barəsində olan cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ceyhun Əhmədovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, onu iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə, dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.