Rusiyada keçən il özünü mismarla Qırmızı Meydana mıxlayan rəssam Pyotr Pavlenski indi də qulağını kəsib. Rəssamın bu kəskin davranışı yerli ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.
Teleqraf.com-un Rusiya mediasına istinadən məlumatına görə, psixiatriyanın dövlət tərəfindən siyasi məqsədlər üçün istifadə edilməsinə etiraz edən məşhur rəssam paytaxt Moskvanın ən böyük ruhi xəstəliklər institutu “Serbski”nin divarına çıxaraq qulağının məməsini kəsib.
Lüt soyunaraq divara dırmaşan rəssam əlində böyük bir bıçaqla bir neçə dəqiqə oturduqdan sonra planlaşdırdığı hərəkəti həyata keçirib. Bir əli ilə qulaq məməsini tutan rəssam digər əlindəki bıçaqla qulağını kəsib. Rəssamın hərəkəti küçədə onu gözləyən dostu Oksana Şalqin tərəfindən lentə alınıb.
Rəssam bu hərəkəti ilə hökumətin sevmədiyi adamları psix diaqnozu qoyaraq, cəmiyyətdən necə uzaqlaşdırdıqlarını göstərməyə çalışıb.