11 Yanvar 2021 13:46
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakınını Xətai rayonunda avtomobil oğuruluğu ilə məşğul olan dəstə üzvləri həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə yanvarın 7-də “UPD” qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əliyevin “VAZ-2104” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.

Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyən edilib.

B.Cəlilov və Ş.Nəcəfov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı B.Cəlilovdan 3 qrama yaxın, Ş.Nəcəfovdan isə 4 qrama yaxın heroin götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsi ərazisində tapılıb.


Müəllif: Hacı Zeynalov