17 Yanvar 10:35
319

Tovuz rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıblar.


Müəllif: Hacı Zeynalov