Bakı şəhər Prokurorluğu Nəsimi rayonu1 saylı körpələr evinin qarşısında yeni doğulmuş uşaq meyitinin tapılması ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş qadın cinsli uşağın aşkar olunub. Ona körpələr evində təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq orada vəfat edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov