27 Yanvar 2021 16:44
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AmrahBank”ın müşahidə Şurasının sədrinin müşaviri Ülvi İldırımzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Ülvi İldırımzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Ülvi İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Yunis İldırımzadənin müşaviri olub.

O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Yunis İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qardaşıdır.

Baş prokuror Kamran Əliyevin əmri ilə Yusif İıdırmzadə təqaüdə göndərilib.

Xatırladaq ki, “AmrahBank” ötən ilin aprelin 28-də i bağlanıb.

İstintaq orqanı tərəfindən Ülvi İldırımzadənin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya isriaf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər