27 Yanvar 2021 23:42
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyalı futbolçu Coş Dann qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, 16 yaşlı oyunçu küçə davası zamanı qətlə yetirilib.

İnsident paytaxt Dublində baş verib. Kütləvi davada müxtəlif dərəcəli bədən xəsarətləri alan Dann xəstəxanada keçinib.

Yerli polis qətl hadisəsi ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, Coş Dann ölkəsinin "Bohemian" klubunun akademiyasında çıxış edib.


Müəllif: Teleqraf.com