Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1992-ci təvəllüdlü Sənan Qulamovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Sənan Qulamov bu ilin aprelin 5-də Nizami rayonu Keşlə qəsəbəsində həyat yoldaşı Əfiqəni bıçaqlayaraq öldürüb. Sənan Qulamov daha sonra özünə boyun, qol və qarın nahiyələrindən xəsarətlər yetirib.
Hakim Temalla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, özünü ittiham üzrə təqsirli bilib.
Məhkəmə oktyabrın 31-də davam etdiriləcək.
Hacı Zeynalov