25 Oktyabr 2014 11:42
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tiflisdə DEA (Data Exchange Agency) və FİRST təşkilatının birgə əməkdaşlığı nəticəsində beynəlxalq simpozium keçirilib.

Teleqraf.com xəbər verir ki, bu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları - Aysel Hadıyeva və Fərhad Rəhimli təmsil edib.

Proqram müddətində digər ölkələrin CERT komandalarından olan nümayəndələri, həmçinin, FİRST beynəlxalq təşkilatının əməkdaşları ilə təcrübə və fikir mübadilələri aparılıb.

Elektron təhlükəsizlik mövzusunda ikigünlük təlim proqramını da əhatə edən simpoziumda əsasən aşağıdakı mövzularda müzakirələr aparılıb:

DDOS hücumların qarşısının alınması üçün lazımi hazırlıq tədbirlərinin və texniki vasitələrin təşkili və dəstəklənməsi

CERT komandalarının işinin səmərəliyinin artırılması üçün yeni mütəxəssislərin seçmə və hazırlanma prosesi üzrə beynəlxalq təcrübədən istifadə edilməsi

İnformasiya təhlükəsizliyi sahəsi üzrə beynəlxalq məlumat axınlarının qəbulu və emal edilməsi

İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq və yerli qanunvericilik bazaları

Tədbirdə iştirak edən Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları xüsusi aktivlikləri və müzakirələrdə fəal iştirakları ilə seçiliblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər