21 Fevral 2021 17:55
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Qalaqayın kənd sakini M.Babayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana və çətənə toxumu aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 2 ədəd patron və 9 ədəd giliz götürülüb.


Müəllif: Hacı Zeynalov