26 Fevral 2021 23:13
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”-deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığınla bağlı polisə şikayət ərizəsi təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər