Bakının Nəsimi rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan daha dörd nəfərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Samir Mehdiyevin və Nəcibə Nuriyevanın barəsində olan cinayət işi ayrı-ayrı icraatlarda baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
Samir Mehdiyevin cinayət işi araşdırılması üçün hakim Babək Pənahovun, Nəcibə Nuriyevanın cinayət işi isə baxılması üçün Azər Tağıyevin icraatına verilib.
Hər iki cinayət işi üzrə yaxın günlərdə məhkəmə başlanacaq.
Bakının Nəsimi rayonunda koronovirus infeksiyasının yayılmasında təqsirli bilinən Əli Məmmədovun da barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Solmaz Mustafayevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Kamran Hüseynovun da barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib. Yaxın günlərdə onun da barəsində olan cinayət işi üzrə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.