Estonyanın cənubundakı bir qəsəbədə 15 yaşındakı şagird müəlliməsini silahla öldürüb. Viljandi qəsəbəsindəki Paalalinna Məktəbində meydana gələn hadisədə 15 yaşındakı bir şagird mənşəcə alman olduğu bildirilən Ena Sarap adlı müəlliməni sinifdə silahla vurub.
Olayın hansı səbəbdən baş verməsi haqqında geniş məlumat verilməyib. Hadisə zamanı sinifdə 4 şagird olub. Şagirdinin silahlı hücumundan ağır yaralanan müəlliməniin öldüyünü açıqlayan polis, şübhəli uşağın tutulduğunu bildirib.
Məktəb müdiri davranış problemi olmayan, yaxşı bir şagird olaraq təsvir etdiyi şübhəlinin hadisədən sonra silahı masaya buraxaraq yerində oturarkən tapdıqlarını və tutularkən etiraz etmədiyini söyləyib.
Məktəbdəki hücum dövlət başçısından nazirlərə qədər ölkə səlahiyyətlilərinin kəskin reaksiyasına səbəb olub. Onlar müəllimənin ailəsi və məktəb səlahiyyətlilərinə başsağlığı mesajları çatdırarkən bunun ölkənin faciəsi olduğunu, zorakılığın birmənalı şəkildə qəbuledilməz olduğunu vurğulayıblar.
Nail Cəlil