Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxa bilər.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu gün keçiriləcək iclasda Avropa İttifaqı tərəfindən yaradılmış təftiş komissiyası üzvlərinin məhdudiyyətlərə yenidən baxılması prosesinin sürətlənməsi barədə məsələ qaldıracağı gözlənilir.
Yayılan məlumatlara görə, ittifaqda sanksiyaların müddətinin uzadılması ilə bağlı yekdil fikir mövcud deyil. Buna görə də Rusiyaya qarşı tətbiq edilmiş qadağalar 2015-ci ilin mart ayına qədər yumşaldıla bilər:
“Ukraynada vəziyyət normallaşmağa doğru gedir. 12 sentyabrda qəbul edilmiş son sanksiyalar paketi bəzi üzv ölkələrin narazılığına səbəb olub. Qadağaların yumşaldılması onların ləğv ediləcəyinə əsas vermir”.
Samir