Kürdəmir rayonunda bir nəfərin ölümündə, iki nəfərin yaralanmasında təqsirli bilinən Oruc Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 16-na təyin olunub.
İttihama görə, ötən il avqustun 11-də Kürdəmir rayonunun Sovla kəndi ərazisində Zərdab rayon sakini Elman Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.
Nəticədə Elman Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində Oruc Qurbanov təqsirli bilinib və ona cinayət işi açılıb.