Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Rioni kəndində təxminın 40 yaşlarında olan iki qardaş qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, onları əmisi oğulları ov tüfəngi ilə ölümcül yaralayıb.
Kənd sakinlərinin sözlərinə görə, qohumlar arasında mübahisə bir neçə gün əvvəl baş verib. Şahidlər hadisəni törədən şəxsin alkoqollu içkinin təsiri altında olduğunu bildiriblər. Onun saxlanılması hələ mümkün olmayıb.
Faktla bağlı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır