Xaçmaz rayonunda kafedə əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çarxı kənd sakini Fikrət Hüseynov tutulub. Onun gəlir əldə etmək məqsədi ilə Xaçmaz şəhərində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov