Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Namiq Zeynalovun barəsindəki həbs qətimkan tədbiri 3 aya qədər uzadılıb.
Ittihama görə, Namiq Zeynalov ötən ilin dekabrında Cəlilabad rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
İstintaq orqanı tərəfindən Namiq Zeynalovun barəsində Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.