Gəncə şəhərində silahlı insident törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ov tüfəngindən atəş açaraq Sənan Qurbanovu yaralayıb hadisə yerini tərk etmiş Qalib Cəfərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.
Qeyd edək ki, oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib.
Hacı Zeynalov