Lənkəranda İcra Hakimiyyəti başçısının Şürük kənd üzrə icra nümayəndəsi Faiq Köçəriyev və Vilvan kənd üzrə icra nümayəndəsi Ağayar Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, hər iki şəxsin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Oruc Cəlilovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Faiq Köçəriyev və Ağayar Yusubovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib.