24 May 2021 14:26
4 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon sakini, 1997-ci il təvəllüdlü Əfqan bir qadına qarşı soyğunçuluq edib, bundan başqa, 16 yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Teleqraf.com-un xəbərinə görə, o, 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında Məryəm adlı qadına qarşı soyçunçuluq edib. Həmin qadına arxadan yaxınlaşaraq, içərisində 60 manat dəyərində “Nokia” markalı mobil telefon, 6 manat məbləğində pul olan çantanı alaraq qaçıb.

Bundan başqa, Əfqan 2005-ci il təvəllüdlü Məlahətlə (ad şərti verilib – red.) Oğuz rayonu Xalxal kəndində, daha sonra isə Göyçay rayonu Qızılağac kəndində yaşadığı evində cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Əfqan soyçunçuluq ittihamı üzrə özünü təqsirli bilməyib. O, yalnız 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda özünü günahkar sayıb. Əfqan ifadəsində qeyd edib ki, soyçunçuluq cinayət əməli törədilərkən Emillə birlikdə olmayıb və cinayət hadisəsini törətməyib.

Onun ifadəsinə görə, 2005-ci il tarixdə anadan olmuş Məlahəti ailəvi dostları olan Qəbələ rayon sakini Fəridənin (ad şərti verilib – red.) vasitəsi ilə tanıyıb: “2019-cu ildən Məlahətlə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışıq. Fəridə atamın yeznəsinin qardaşı qızıdır.

Fəridə 2019-cu ilin iyulun sonlarında yaşadıqları evdə yıxılıb və xəsarət aldığına görə Qəbələ Diaqnostika mərkəzində müalicə alıb. Fəridəni ziyarət etməyə gedən zaman onun yanında Məlahəti gördüm. Tanışlqıdan sonra aramızda səmimi sevgi münasibətləri yarandı. Bundan sonra ailə qurmaq fikrinə düşdük”.

Əfqan qeyd edib ki, Məlahətin atası qızının azyaşlı olduğunu, odur ki, hazırda heç kimə ərə verə bilməyəcəyini bildirib: “Məlahətlə danışan zaman onu qaçırmağımı tələb etdi. Qəbələ şəhərində Heydər Əliyev parkında Məlahət ailə üzvləri ilə birlikdə idi. Bu zaman ona yaxınlaşaraq qoşulub qaçmağa razı olub-olmadığını soruşdum. O da mənimlə qaçmağa razı olduğunu bildirdi.

Məlahətə yaşının az olduğunu, gələcəkdə peşman olub-olmayacağını bir daha soruşdum. O, məni sevdiyini, məndən başqa heç kimlə ailə qura bilməyəcəyini, odur ki, onu qaçırmağımı bildirdi. Məlahətlə parkdan çıxaraq birlikdə VAZ 2107 markalı avtomobilə əyləşdik və Qəbələ rayonu Zarağan kəndi ərazisinə gəldik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Məlahətin azyaşlı olması səbəbindən atası onun geri qaytarmasını tələb edib: “Məlahət atasının tələbini yerinə yetirmədi. Bundan sonra tanımadığım başqa bir taksi faəliyyəti göstərən “Mercedes” markalı avtomobilə əyləşərək Oğuz rayonunda yaşayan dostumun Xalxal kəndində olan evinə getdik. Həmin gün saat 23 radələrində Məlahətin razılığı ilə onunla cinsi əlaqədə oldum.

Bundan sonra Göyçay rayonu Qızılağac kəndində fərdi yaşayış evimdə Məlahətlə cinsi əlaqədə olmuşam. Törətdiyim əməlimdən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, ailə üzvləri ilə birlikdə Qəbələ şəhərində yerləşən Heydər Əliyev parkındakı konsertə gəlib: “Həmin vaxt orada tanışım Səmayəni (zərərçəkmişin ifadəsində adı keçən şəxslərin bəzilərinin adları şərti verilib – red.) gördüm, onunla görüşdük. Bir qədər sonra valideynlərimin yanına gəldim. 10-15 dəqiqə sonra parkda Əfqanı gördüm, onun yanına getdim. Anamgilə Səmayəni də çay içməyə dəvət edəcəyimi dedim, onlardan ayrılaraq Əfqanın yanına gəldim, onunla görüşdüm.

Əfqan onunla qaçmaq barədə fikirləşib-fikirləşmədiyim ilə maraqlandı. Birlikdə qaça biləcəyimi bildirdim. Bundan sonra parkdan çıxaraq VAZ 2107 markalı taksiyə mindik, Zarağan kəndi ərazisinə Oğuz-Şəki yoluna gəldik. Həmin yerdə avtomobildən düşən zaman Əfqan taksi sürücüsünün mobil telefonu ilə atama zəng etdi, məni qaçırdığını bildirdi. Sonra telefonu söndürdü, yoldan keçən “Mercedes” markalı taksi avtomobilinə mindik, Oğuz rayonu Xalxal kəndinə gəldik. Əfqa məni dostu Turalın evinə apracağını və orada gecələyəcəyimizi bildirdi”.

Məlahətin sözlərinə görə, axşam saatlarında Əfqanın tanışının evinə gəliblər: “Həmin evdə Əfqanın dostu Tural, anası, atası, bacısı və arvadı olub. Ev sahibləri mənim kim olduğumu maraqlananda Əfqan sevdiyi qız olduğumu, valideynləri məni ona vermədikləri üçün qaçırdığını bildirdi. Həmin ev sahibləri yaşı barədə maraqlanadan Əfqan 18 yaşımın tamam olduğunu, lakin balaca göründüyümü dedi.

Şəxsiyyət vəsiqəsi evdə qaldığı üçün onlara yaşımı demədim. Həmin gün Turalgilin evində ayrı otaqlarda gecələməyimiz yer saldılar. Lakin yatanda fikirləşdik ki, əgər gecəni bir yerdə keçirib, cinsi əlaqədə olsaq, daha atamgil məni Əfqana razılıqla verərlər. Odur ki, Əfqanla ilk dəfə həmin gün təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt Əfqan mənim qızlıq bakirəliyimi pozdu”.

Məlahətin sözlərinə görə, ertəsi gün atası, qayınatası Fuad və tanışları Oğuz rayonudakı qaldıqları evə gəliblər: “Bundan sonra Qəbələ rayon polis şöbəsinə gəldik, izahat verdik. Qəbələ rayon polis şöbəsindən çıxdıqdan sonra atama əgər yenə də məni Əfqana verməsən, Əfqanla qoşulub yenə də qaçacağımı dedim. Atam mənim Əfqanla birlikdə Göyçaya gəlməyimə razılıq verdi.

Göyçaya gələndən sonra Əfqanın yaşadığı Qızılağac kəndində olan evdə birlikdə gecəni keçirdik. Əfqanla yenə cinsi əlaqədə oldum. Bundan sonra Oğuz rayon polis şöbəsində olan zaman cinsi əlaqədə olmalarımızın qanunsuzluğunu və buna görə Əfqanın məsuliyyətə cəlb ediləcəyini bildiyimiz üçün daha birlikdə yatmadıq, cinsi əlaqədə olmadıq. Əfqanla tanış olanda mənim 14 yaşımın təzəlikən tamam olduğunu və 16 yaşımın tamam olmadığını bilib. Əfqandan heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Göyçay rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə baxılıb.

Əfqanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 10 ay 18 gün müddətinə şərti cəzas təyin olunub.


Müəllif: Hacı Zeynalov