Kürdəmir rayonunda kütləvi dava olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xəlsə kəndi ərazisində qeydə alınıb.
Bir neçə rayon sakini aralarında mübahisə edib. Bu zaman Beyi kənd sakini, 1989-cu il təvəllüdlü Alcanov Nəzər Yavər oğlu qonşu kənd sakinləri ilə dava edib. Nəticədə N.Alcanov müxtəlif növ bədən xəsarəti alıb. Daha sonra o, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.