3 Noyabr 2014 12:13
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Vilayət Cabbarov dostu, 1992-ci il təvəllüdlü ı Şahin Hüseynovla mübahisə edib. Mübahisə zamanı Vilayət Cabbarov dostunu bıçaqlayıb.

Şahin Hüseynov ağır xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Şahin Hüseynovun həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, hadisə dostların içki məclisində baş verib. Birlikdə yeyib-içən dostların sonda sözləri bir-birinə xoş gəlməyib. Dostların mübahisəsi zamanı bıçaq işə düşüb. Meyvə doğramaq üçün stolun üstündə olan bıçağı götürən Vilayət dostunun qarnına soxub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Vilayət Cabbarov həbs edilib. İlkin dindirmə zamanı Vilayət Cabbarov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: