3 Noyabr 2014 15:32
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yük maşını ilə qatar toqquşub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb. Goranboy rayon sakini İlham Dərgahov idarə etdiyi “KamAZ” markalı avtomobili yük daşıyan qatara vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: