Türkiyənin paytaxtında orta məktəbdə direktor müavini işləyən şəxs silahlı hücuma məruz alıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Keçiörendə Mustafa Necati orta məktəbində direktor müavini olan Hayri Ö. silahlı hücum zamanı yaralanıb. O, təcili yardımla xəstəxanaya aparılıb.
Müəllimi vurduğu iddia edilən 8-ci sinif şagirdi U.A-nın saxlanılması üçün polis axtarışa başlayıb.
Nihad