27 İyun 2021 09:42
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Famil Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 9-na təyin olunub.

İttihama görə, bu il martın 10-da Astara rayonu, Şəmətük kəndində kənd sakini 1991-ci il təvəllüdlü Musa Ağayev bıçaqlanaraq öldürülüb.

Araşdırmalarla zərərçəkmişin əmisi oğlu Famil Ağayevin münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Famil Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər