4 Noyabr 2014 16:31
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluqla məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Məhərrəmov tutulub. Onun noyabrın 2-də Bakı şəhər sakini Vüqar Davudova məxsus mağazadan ətir oğurlaması məlum olub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari il oktyabr ayının 31-də Bakı şəhər sakini Rəfayel İsrafilova məxsus mağazadan mobil telefon, noyabr ayının 2-də Nizami rayonu ərazisindəki mağazada, Bakı şəhər sakini Vüsal Abdullayevə məxsus mobil telefonu oğurlaması da üzə çıxıb.

Hacı Zeynalov


Müəllif: