23 İyul 2021 16:30
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham olunan Cavanşir Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Cavanşir Qasımovun 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Cavanşir Qasımov 4 nəfərdən tikinti materialları alaraq pulunu ödəməyib. Məlum olub ki, o, daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Cavanşir Qasımov 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluğa görə cəza alıb. O zaman cəza şərti hesab edilib.

Sınaq üçün azadlıqda olduğu müddətdə yenidən cinayət törətməsi səbəbindən bu dəfə onun cəzası ağırlaşdırılıb. İttihama görə, Cavanşir Qasımov 4 nəfəri aldadıb. Onlardan tikinti materialları alıb, amma pulunu ödəməyib. Ümumi zərər 238 min manatdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər