23 İyul 2021 19:36
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTok” platformasında narkotik vasitələri təbliğ edən bir nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb.

Həmin şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.

Adıçəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com